Norveç Ukraynaya hərbi yardım kimi 22 milyon avro ayırır

Norveç Ukraynaya hərbi yardım kimi 22 milyon avro ayırır

Norveç Ukraynaya hərbi dəstəyi maliyyələşdirən Avropa Sülh Fonduna 22 milyon avro ayırır. SİA-nın əldə etdiyi məlumata görə, müvafiq saziş bu gün Avropa İttifaqı və Norveç arasında imzalanıb.

Avropa Şurasının saytında qeyd olunduğu kimi, Norveç hökuməti fevralın 14-də Ukraynaya kömək məqsədilə Avropa Sülh Fonduna könüllü töhfə verdiyini elan edib.

Bugünkü imza bu qərarı rəsmiləşdirir və müqavilənin qüvvəyə minməsini təmin edir.
“Ukraynanın tələbatına cavab verən Norveç bu məbləği xüsusi olaraq “Leopard 2” tanklarının döyüş sursatı və ehtiyat hissələrinin tədarükü üçün ayırıb”, - məlumatda belə deyilir.

Qeyd olunur ki, bu, Norveçin Avropa Sülh Fonduna ikinci maliyyə töhfəsidir ki, onun ümumi töhfəsini 400 milyon kronu (təxminən 36,5 milyon avro) ötür.

Yeri gəlmişkən, Avropa Sülh Fondu 2021-ci ilin martında hərbi və müdafiə məsələləri ilə bağlı ümumi xarici və təhlükəsizlik siyasətinin bütün tədbirlərini maliyyələşdirmək üçün yaradılıb.

Ümumilikdə, Avropa Sülh Fondu çərçivəsində Ukrayna üçün silahlara 3,6 milyard avro ayrılıb. İyun ayında Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurası Avropa Sülh Fondunun ümumi maliyyə həddini 3,5 milyard avro artırıb.

Qeyd edək ki, ötən həftə Avropa İttifaqı Avropa Sülh Fondu çərçivəsində növbəti 4 il ərzində Ukrayna üçün ildə 5 milyard avroya qədər silah alınması üçün xüsusi fondun yaradılmasını təklif edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə