Meşə yanğını nəqliyyatın hərəkətini pozub

Meşə yanğını nəqliyyatın hərəkətini pozub

Fransanın cənub-şərqindəki Dənizkənarı Alplar departamentində, Nitsa şəhərindən 10 km aralıda yerləşən Kann-sür-Mer kommunasında təbii yanğın baş verib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri BFMTV telekanalı yayıb.

Məlumata görə, Kann-sür-Merdən keçən A8 magistralında nəqliyyatın hərəkəti pozulub. Həmçinin Antib-Nitsa marşrutu üzrə hər iki istiqamətdə qatarların hərəkəti də müvəqqəti olaraq dayandırılıb.

Yanğının söndürülməsində 80-ə yaxın yanğınsöndürən iştirak edir, səlahiyyətlilər helikopter də cəlb ediblər.

Kommuna meri Lüi Neqrin sözlərinə görə, yanğın təxminən 700 evə ziyan vura bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə