Priqojin Sankt-Peterburqda bakirə qızlardan ibarət “hərəm” saxlayırmış?

Priqojin Sankt-Peterburqda bakirə qızlardan ibarət “hərəm” saxlayırmış?

Bu arada “The Insider” onlayn nəşri “Vaqner”in yaradıcısı Yevgeni Priqojinin yaxın keçmişi ilə bağlı material dərc edib. Materialda onun 2019-cu ildə Sankt-Peterburqda yaşadığı vaxt pullu cinsi xidmətlərdən müntəzəm istifadə edərək, özü üçün “yetkinlik astanasında olan” qızlar seçdiyi barədə məlumatlar var.

SİA-nın əldə etdiyi məlumata görə, Priqojin daha çox bakirə qızlara üstünlük verirmiş.

“The Insider”in əməkdaşı Priqojinə bakirəliyini 40 min rubla “satmış” bu qızlardan birinin hekayəsini misal gətirirlər. Əməkdaşın sözlərinə görə, iş adamı xüsusilə intim görüşlər üçün Sankt-Peterburqun Vasilyevski adasındakı “Solo Sokos Hotel Vasilievski”də bir neçə otağı icarəyə götürürmüş.

“The Insider”in mənbəsi, Prigojinin cinsi əlaqəyə girdiyi onlarla qız olduğunu və onların çoxunun uzun müddət “Vaqner” PMC-nin rəhbəri tərəfindən ödənilən otaqlarda yaşadıqlarını iddia edir.

Nəşrin həmsöhbəti onu da bildirib ki, Priqojinlə görüşməzdən əvvəl qızların bakirəliyini sənədləşdirmək üçün onları “Soqaz” klinikasında müayinədən keçirirmiş.

Maraqlıdır ki, Rusiyadakı ən yüksək təbəqəyə mənsubluğu ilə tanınan bu tibb müəssisəsi barədə deyilənlər artıq öz təsdiqini tapıb.

O da maraqlıdır ki, “The Insider”də yer alan yazıya Priqojin hələ ki, heç bir reaksiya verməyib.

Qeyd edək ki, əvvəllər son dərəcə media aktivi olan Priqojin artıq bir aydır ki, ictimaiyyətə görünmür.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə