Ukrayna taxıl tədarükündə Rusiyadan asılı qalmamaq üçün yaxın gələcəkdə ABŞ-dan “F-16” qırıcıları almağa ümid edir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba məlumat verib.
Qeyd edək ki, “France 24” telekanalına danışan Kuleba “...onları nə qədər tez qəbul etsək, bir o qədər tez yeni dəhlizi işə sala bilərik”-deyə bildirib.
Onun sözlərinə görə, təyyarələrin tədarükü məsələsi artıq həll olunub. Ancaq bu təyyarələrin ölkəyə gətirilməsi ilə bağlı nüanslar var.
Xatırladaq ki, iyulun 17-də Rusiya Türkiyə, Ukrayna və BMT-ni taxıl müqaviləsinin uzadılmasına etirazı ilə bağlı rəsmi məlumatlandırıb, bundan sonra Rusiyanın Minskdəki səfirliyi Kiyevə nota verib. Ertəsi gün təşəbbüs nəhayət öz işini dayandırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB