Bu arada Rusiya prezidenti Vladimir Putin inflyasiyanın sürətlənməsi əlamətlərinin olduğunu desə də, amma zaldakılara təskinlik verərək bu inflyasiyanın mülayim inflyasiya olduğuna bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bu barədə iqtisadi məsələlərə həsr olunmuş müşavirədə deyib.
Rusiya liderinin sonrakı sözlərinə görə, bu, tələb və təklifin balanssızlığı ilə bağlıdır.
“...İqtisadiyyatımızın qiymət sabitliyini qorumaq, tələb və təklif balansını təmin etmək vacibdir”.
Qeyd etdiyimiz kimi, Putin bildirib bunu.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl Mərkəzi Bank Rusiyada illik inflyasiyanın yaxın aylarda sürətlənməyə davam edəcəyini bildirmişdi.
İqtisadçılar apardıqları pul-kredit siyasətini nəzərə alaraq, illik inflyasiyanın bu il 4,5-6,5 faiz təşkil edəcəyini, növbəti və sonrakı illərdə isə 4 faizə yaxın olacağını deyirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB