Belliklə, Rusiya Federasiyasının Dövlət Duması ölkədə çağırış yaşının 2024-cü ildən 30 yaşa qaldırılmasını nəzərdə tutan qanun layihəsini sonuncu- üçüncü oxunuşda təsdiqləyib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, layihənin qəbulunun lehinə 328 deputat, əleyhinə 13 deputat səs verib, daha 27 deputat bitərəf qalıb.
Qeyd edək ki, əvvəlcə çağırış yaşının aşağı həddinin də qaldırılacağı planlaşdırılırdı: yəni 18 yaşdan 21 yaşa.
Lakin Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolovun dediyinə görə, komitə sonradan bunu bunu etməmək qərarına gəlib.
Kartapolov, dəyişiklikləri onunla izah edib ki, demoqrafik vəziyyətə görə orduya getdikcə daha az rusiyalı çağırılır: “Bizim əyilməməyimiz üçün məhz belə bir redaksiyaya ehtiyacımız var”.
Duma iclasında Müdafiə Komitəsinin rəhbəri, qanunun “böyük müharibə” və “ümumi səfərbərlik üçün” yazıldığını qeyd edib.
Xatırladaq ki, ötən ilin sentyabrında Rusiyada elan edilən səfərbərlik rəsmi olaraq “qismən” adlandırılır.
Deməli, yeni qanun layihəsinə əsasən, rusiyalılar hərbi xidmətə 18 yaşdan 30 yaşa qədər çağırılacaqlar. Qanun Federasiya Şurası və Rusiya Prezidenti tərəfindən təsdiqlənərsə, 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək. Bu arada Federasiya Şurasının sədri Valentina Matvienko, senatorların çağırış yaşının artırılması ilə bağlı düzəlişi dəstəkləyəcəklərini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB