Ruslar Suriyada ABŞ-ın kəşfiyyat pilotsuz təyyarəsini zədələyiblər

Ruslar Suriyada ABŞ-ın kəşfiyyat pilotsuz təyyarəsini zədələyiblər

Rusiya Aerokosmik Qüvvələrinə məxsus döyüş təyyarəsi Suriya səmasında ABŞ-ın “MQ-9 Reaper” kəşfiyyat pilotsuz təyyarəsini zədələyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə,

amerikanların pilotsuz təyyarəsinə yaxınlaşan rus təyyarəsi onun üzərinə “istilik tələləri” atıb.

Qeyd edək ki, bu hərbi aviasiyada istifadə olunan, infraqırmızı başlıqlı raketlərə qarşı durmaq üçün nəzərdə tutulmuş sistemlərdir.

Maraqlıdır ki, yaşananlara reaksiya verən ABŞ Hərbi Hava Qüvvələrinin mətbuat xidmətinin məlumatına görə, tələlərlə toqquşma nəticəsində pilotsuz təyyarənin pərinə ciddi ziyan dəyib. Buna baxmayaraq, amerikalı operatorlar uçuşu davam etdirərək bazaya qaytara biliblər.

ABŞ Hərbi Hava Qüvvələrinin məlumatına görə, “MQ-9 Reaper” Suriya üzərində “İslam Dövləti” terror qruplaşmasına qarşı missiyada “iştirakçı olub”.

Qeyd edək ki, ABŞ tərəfi rus pilotunun davranışını uçuş təhlükəsizliyinə açıq-aşkar etinasızlıq adlandırılıb.

Bununla yanaşı, ABŞ Hərbi Hava Qüvvələri Rusiyanı “ehtiyatsız, təxribatsız və qeyri-peşəkar davranışı” dayandırmağa çağırıb.

Rusların yazdığına görə, Pentaqon mütəmadi olaraq Rusiya təyyarələrini Suriya səmasında uçuş təhlükəsizliyini pozmaqda ittiham edirlər.

...Bu arada Amerika ordusunun komandanlığı insidentlər fonunda Yaxın Şərqdə beşinci nəsil “F-22” qırıcılarını yerləşdirəcəyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə