Türkiyə Əlcəzairə başsağlığı verib

Türkiyə Əlcəzairə başsağlığı verib

Türkiyənin Xarici İşlər Nazirliyi Əlcəzairdə davam edən meşə yanğınları nəticəsində həlak olanlarla əlaqədar bu ölkəyə başsağlığı verib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Xarici İşlər Nazirliyindən verilən bəyanatda deyilir: ''Əlcəzairin müxtəlif əyalətlərində davam edən meşə yanğınları nəticəsində çox sayda mülki vətəndaş və hərbçinin həyatını itirməsi və yaralanması ilə bağlı xəbər bizi kədərləndirib. Meşə yanğınları nəticəsində həyatını itirənlərə Allahdan rəhmət, dost və qardaş Əlcəzair xalqına və hökumətinə başsağlığı verir, yaralılara şəfa diləyirik. Türkiyə bu çətin günlərdə Əlcəzairə hər cür dəstəyi verməyə hazırdır".
Əlcəzair Daxili İşlər Nazirliyi ölkənin şimalındakı 11 şəhərdə dünən başlayan meşə yanğınlarında həyatını itirənlərin sayının 34-ə yüksəldiyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə