ABŞ, Fransa və digər Qərb missiyaları Rusiya-Afrika sammitinə qarşıdırlar?
Makron bunun acığını çıxır?

Kremlin sözçüsü Dmitri Peskov çərşənbə axşamı, iyulun 25-də keçirdiyi brifinqdə, Qərb ölkələrinin Sankt-Peterburqda keçiriləcək Rusiya-Afrika sammitinə fəal şəkildə qarşı çıxdıqlarını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti məlumat yayıb.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibinin sözlərinə görə, ABŞ Afrika dövlətlərinə davamlı təzyiq göstərir və buna Fransa səfirlikləri də öz töhfəsini verir.

Eyni zamanda, digər Qərb missiyaları da Afrika ölkələrinin başçılarının iştirakı ilə Rusiyada keçiriləcək sammitin qarşısını almağa çalışırlar.

...Praktiki olaraq bütün Afrika dövlətləri ABŞ-ın misli görünməmiş təzyiqinə məruz qalıb, Peskova görə, Fransa səfirlikləri də bu günə kimi yatmayıb və digər Qərb missiyaları bu sammitin keçirilməsinə mane olmaq, Afrika dövlətlərinin bu sammitdə təmsil olunmasının qarşısını almaq üçün bu səylərə öz paylarını verməyə çalışırlar.

Xatırladaq ki, iyulun 27-28-də Sankt-Peterburqda ikinci sammit və Rusiya-Afrika İqtisadi və Humanitar Forumu keçiriləcək.

Yeri gəlmişkən, Fransa prezidenti Emmanuel Makron avqustda keçiriləcək BRİKS sammitinə dəvət almayıb,.. baxmayaraq ki, o, bundan əvvəl Cənubi Afrika Respublikasının hakimiyyət orqanlarından dəvəti qəbul etməyi xahiş etmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə