Çinin XİN rəhbəri vəzifəsindən azad edilib

Çinin XİN rəhbəri vəzifəsindən azad edilib

Bir müddət ictimaiyyət qarşısına çıxmadığı üçün vəziyyəti maraq doğuran xarici işlər naziri Çin Qanq vəzifəsindən azad edilərək onun yerinə Çin Kommunist Partiyasının (ÇKP) Xarici Əlaqələr Komissiyasının direktoru Vanq Yi təyin edilib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sinxua agentliyinin məlumatına görə, 14-cü Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin 4-cü iclasında qəbul edilən qərarla Çinin xarici işlər naziri və Mərkəzi Bankın sədri dəyişib.

Mərkəzi Bankın sədri Yi Qanq da vəzifəsindən azad edilib və onun yerinə Pan Qonqşinq gətirilib. Çin Prezidenti Si Cinpin bununla bağlı fərman imzalayıb. Digər tərəfdən, Çin Xarici İşlər Nazirliyi keçmiş nazirin Çindəki durumu ilə bağlı heç bir açıqlama verməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə