İsraildə qəzetlər qara rəngdə çap olundu

İsraildə qəzetlər qara rəngdə çap olundu

Dünən parlamentdə mübahisəli məhkəmə tənzimlənməsi haqqında qanun layihəsinin təsdiqindən sonra İsraildə bəzi qəzetlərin ilk səhifəsi qara rəngdə olmaqla oxucularının qarşısına çıxıb. SİA Türkiyənin "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, "Yediot Ahronot", "Israel Hayom", "Haaretz" və "TheMarker" qəzetlərinin ön səhifələrində “İsrail demokratiyası üçün qara gün” ifadəsi yer alıb.

"Jerusalem Post" qəzetinin müxbiri Lahav Xarkov hadisənin arxasında reklam əlaqəsinin olduğunu bildirib. Xarkov "Twitter" hesabında bunları deyib: "Qəzetlərin başlıqlarında "İsrail demokratiyası üçün qara gün" ifadəsinin olması çox təəccüblü idi, lakin bunun bir reklam olduğu ortaya çıxdı".

“High-Tech Protest” adlı qrup "Twitter"də qəzetlərin ön hissəsini qara rəngdə çap etmək üçün reklam verdiklərini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə