7-si FETÖ-çu olmaqla 8 nəfər həbs olunub

7-si FETÖ-çu olmaqla 8 nəfər həbs olunub

Türkiyə Milli Müdafiə Nazirliyi 7-si FETÖ terror təşkilatı üzvü olan 8 nəfərin qeyri-qanuni yollarla Yunanıstandan Türkiyəyə, Türkiyədən isə Yunanıstana keçməyə cəhd edərkən yaxalandığını açıqlayıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nazirliyin sosial media hesabından yayılan açıqlamada bildirilib: "Sərhədlərimizdə terrorla mübarizəmiz davam edir. Yunanıstandan ölkəmizə, ölkəmizdən isə Yunanıstana qeyri-qanuni yollarla keçməyə çalışan 8 nəfər sərhəd qartallarımız tərəfindən yaxalanıb. Aparılan araşdırmalar nəticəsində tutulan şəxslərdən 7-nin FETÖ terror təşkilatı üzvü olduğu müəyyən edilib".

Bütün xəbərlər Facebook səhifəmizdə