ABŞ-da xəstəxanalara müraciət edənlərin sayı artıb

ABŞ-da xəstəxanalara müraciət edənlərin sayı artıb

ABŞ-da isti hava dalğaları bir çox ştatlara təsir etsə də, həddindən artıq qızmış asfalta və ya əşyalara toxunmaq nəticəsində yanıq şikayətləri ilə xəstəxanalara müraciət edənlərin sayı artıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, BBC-nin məlumatına görə, ABŞ-ın Arizona ştatında həkimlər həddindən artıq qızmış asfalt və ya əşyalarla təmas nəticəsində xəsarət alanların sayının artdığını qeyd ediblər.

Səlahiyyətlilər asfaltın və obyektlərin istisinin qaynama nöqtəsinə yaxınlaşması və hər kəsin istidən qorunmalı olduğu barədə xəbərdarlıq edərək, günəş işığına məruz qalan səthlərə toxunarkən diqqətli olunması lazım olduğunu bildirib.

Arizona Yanıq Müalicə Mərkəzindən dr.Kevin Foster bildirib ki, 15-i asfaltla təmasdan sonra dərisində yanıqlar olan 45 nəfər mərkəzdə stasionar müalicə alıb, doluluq səbəbindən xəstəxanaya yerləşdirilə bilməyən 150 nəfər isə ambulator müalicə alıb.

"Yay məşğul vaxtdır, bu təəccüblü deyil, lakin hazırkı rəqəmlər gözləniləndən çoxdur", - Foster bildirib.

Yaralıların əksəriyyətinin yaşlı və uşaqlar olduğunu ifadə edən Foster, həddindən artıq istilər səbəbindən yaralananların sayının artıq 2022-ci ildəkindən çox olduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə