Liviyanın Baş naziri Roma-Tripoli biletini paylaşdı

Liviyanın Baş naziri Roma-Tripoli biletini paylaşdı

Liviyanın baş naziri Əbdülhəmid Dibeybe İtaliya səfərindən sonra Roma-Tripoli təyyarə biletini paylaşıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya bir neçə həftə əvvəl Liviyanın 10 illik ticari uçuş embarqosunu ləğv edib.

İyulun 10-da İtaliya Liviyaya kommersiya uçuşlarına qoyulan embarqonu ləğv edib. Dibeybe mövzu ilə bağlı verdiyi açıqlamada bunları deyib: “İtaliya hökuməti 10 il əvvəl Liviya mülki aviasiyasına qoyulan qadağanı aradan qaldırma qərarını bizə bildirmişdi ki, uçuşlar gələn sentyabrda bərpa olunacaq. Baş nazir Giorgia Meloni-yə təşəkkür etmək, nəqliyyat sektorunun və bunun üçün yaradılmış komitənin və bu irəliləyişin həyata keçirilməsində əməyi olan hər kəsin səylərini dəyərləndirmək istərdim”.

Bütün xəbərlər Facebook səhifəmizdə