İtaliyanın Siciliya adasında başlayan meşə yanğınında alovlar hava limanına yaxınlaşıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, hava limanında uçuşlar dayandırılıb və yaşayış məntəqələri boşaldılıb.
Avropada həddindən artıq istilərdən sonra başlayan meşə yanğınları İtaliyaya da çatıb. Siciliya adasının Palermo şəhərinin Cinisi qəsəbəsində gecə saatlarında başlayan və temperaturun 47 dərəcəyə çatdığı meşə yanğını küləyin təsiri ilə qısa müddətdə genişlənib. Alovun Falcone Borsellino hava limanına yaxınlaşması səbəbindən uçuşlar yerli vaxtla saat 11:00-a qədər dayandırılıb. Palermoda risk altında olan bir çox yaşayış məntəqələri boşaldılıb. Səlahiyyətlilər tərəfindən verilən açıqlamada çətin hava şəraiti səbəbindən yanğına müdaxilənin çətinləşdiyi, İtaliyanın digər bölgələrindən də gücləndirmə dəstələrinin göndəriləcəyi bildirilib. Hazırda 30 yanğınsöndürənin müdaxilə etdiyi yanğınlarla əlaqədar şəhərdə bəzi magistral yolların nəqliyyata bağlandığı açıqlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB