ABŞ-ın keçmiş prezidenti Barak Obama və həyat yoldaşı Mişel Obamanın aşpazı Tafari Kempbell Obamaların Massaçusetsdəki evinin yaxınlığındakı göldə ölü tapılıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Massaçusets polisi, 45 yaşlı aşpazın bazar günü axşam saatlarında gəzinti etmək üçün adadakı gölə gəldiyini və itkin düşdüyü xəbərindən sonra bölgəyə gələn dalğıcların axtarış-xilasetmə işləri nəticəsində Kempbellin cansız cəsədinin dünən səhər Edqartaun gölündə tapıldığını bildirib.
Tafari Kempbellin boğularaq öldüyünü izah edən polis, bir hadisə şahidinin "Kempbell suya girdi və suda qalmaq üçün mübarizə apardı, lakin bir müddət sonra batdı və sudan çıxa bilmədi" dediyini ifadə edib.
Hadisə zamanı Obama cütlüyünün evdə olmadığı bildirilib.
Barak və Mişel Obama bunları deyib: “Biz onunla ilk tanış olanda o, Ağ Evdə istedadlı aşpaz köməkçisi idi. O, bizim ailəmizin üzvü idi. O, zövqlə yemək bişirmək və insanları bir araya gətirmək qabiliyyətinə malik idi".
İllər keçdikcə istedadlı aşpazla getdikcə daha yaxın əlaqələr qurduqlarını qeyd edən Obama cütlüyü bildirib: “Bu səbəbdən Ağ Evdən çıxarkən Tafariyə bizimlə qalmasını dedik və o, bizimlə razılaşdı. O vaxtdan bəri həyatımızın bir hissəsidir. Kampbellini itirdiyimiz üçün üzr istəyirik”.
Qeyd edək ki, Ağ Evdən sonra Kempbell 8 il Obama cütlüyünün aşpazı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB