ABŞ-ın Ukraynaya hava hücumundan müdafiə sistemləri və “Hornet” pilotsuz uçan aparatı üçün döyüş sursatları da daxil olmaqla, əlavə hərbi yardım olaraq təxminən 400 milyon dollar göndərəcəyi bildirilir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ rəsmiləri bildiriblər ki, Ukraynaya əlavə hərbi yardım paketinə - Yüksək Performanslı Artilleriya Raket Sistemi (HIMARS) və Milli Qabaqcıl Yer-Hava Raket Sistemi (NASAMS), “Hornet” pilotsuz uçuş aparatı və bir sıra hərbi sursatlar daxildir.
Adının çəkilməsini istəməyən rəsmilər əlavə yardım paketinin təxminən 400 milyon dollar dəyərində olduğunu bildiriblər.
Qeyd edək ki, ABŞ Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Ukraynaya 41 milyard dollardan çox hərbi yardım edib. Bu yaxınlarda, iyulun 19-da ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynanın döyüş meydanındakı ehtiyaclarını dəstəkləmək üçün 1,3 milyard dollarlıq yeni hərbi yardım paketi ayırdığını elan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB