İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilindəki Nablus şəhərində 3 fələstinlini öldürüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, açıqlamada həyatını itirənlərin şəxsiyyətinin hələlik təsdiqlənmədiyi bildirilib.
Digər tərəfdən İsrail ordusu açıqlamada sözügedən 3 nəfərin bölgədəki İsrail qüvvələrinə bir avtomobildən atəş açdığını iddia edib. Açıqlamada İsrail əsgərlərinin cavab atəşi nəticəsində hücum edənlərin öldürüldüyü, onların silah və hərbi texnikasının ələ keçirildiyi bildirilib. İsrail əsgərləri arasında ölən və yaralananların olmadığı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB