İyulun 24-də İsveçrənin La Şo de-Fon şəhərində tufan qopub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin meteorologiya xidmətinin yaydığı məlumata görə, bölgədə küləyin sürəti 217 km/saata çatıb. Bildirilib ki, tufan şəhərə yaxınlaşdıqca qəflətən güclənib. Dəmiryol vağzalı yaxınlığında kranın aşması nəticəsində bir nəfər ölüb.
Tufan nəticəsində yaralananlar da var, lakin onların sayı dəqiqləşdirilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB