Əlcəzairin 16 əyalətini əhatə edən güclü yanğınlar nəticəsində ötən gün azı 15 nəfər ölüb, 25 nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə bazar ertəsi ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Xilasetmə xidmətləri anomal güclü istilər səbəbindən yanğının baş verdiyi ərazilərdən minlərlə insanı təxliyə edib.
Ölkənin şimalında - Bejaya, Buira, Jijel, Tizi-Ouzou əyalətlərində yüzə yaxın yanğın qeydə alınıb. Yanğın nəticəsində kənd təsərrüfatı sahələrinə ciddi ziyan dəyib.
Yüksək tepmepratur və güclü külək yanğının söndürülməsini çətinləşdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB