İsraildə etiraz aksiyaları zamanı avtomobil üç etirazçını vurub

İsraildə etiraz aksiyaları zamanı avtomobil üç etirazçını vurub

İsraildə Ali Məhkəmənin səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsinin qəbulu ilə bağlı başlayan etirazlar zamanı avtomobil 3 nümayişçini vurub.

SİA-nın əldə etdiyi məlumata görə, “Haaretz” xəbər verir ki, onlar yüngül xəsarətlər alıblar.

Zərərçəkənlərdən birinin dediyinə görə, “bu, qəsdən hücum olub: maşın sadəcə bizim tərəfə uçub”.

Polis avtomobilin 20 yaşlı sahibini saxladıqlarını bildirib.

Ölkənin hər yerində etiraz aksiyaları keçirilir. Təl-Əvivdə minlərlə nümayişçi küçələrə çıxıb, polis onlara qarşı su şırnaqlarından istifadə edib. Qəzetin məlumatına görə, dörd nəfər saxlanılıb. Bazar ertəsi ölkə boyu ümumilikdə 34 nümayişçi saxlanılıb.

Qeyd edək ki, etirazlara böyük biznes də qoşulub. Ölkənin 150 ən böyük şirkətinin liderlərini bir araya gətirən İsrail biznes forumu islahat əleyhinə tətil elan edib. Bir çox startaplar, banklar, ticarət mərkəzləri və yanacaqdoldurma məntəqələri tətilə qoşulub.

Bundan əlavə, “Haaretz”in məlumatına görə, İsrail Tibb Assosiasiyası tətil elan edib - xəstəxanalar minimum tutumla işləyəcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə