Krımdakı partlayışlardan sonra, yenə Krım tatarlarına “basqılar” başlayıb...

Krımdakı partlayışlardan sonra, yenə Krım tatarlarına “basqılar” başlayıb...

...Bu yaxınlarda Krımda baş verən partlayışlardan sonra ruslar yenidən Krım tatarlarına qarşı təzyiqləri artırıblar.

SİA-nın əldə etdiyi məlumata görə, bəzi yerli tatar evlərdə artıq axtarışlar da aparılıb.

Krım tatar xalqı Məclisinin sədri Refat Çubarovun “Biz-Ukrayna” kanalının efirində oxşar vəziyyətin onlar üçün ötən il Krımda Novofedorovkadakı hərbi aerodromda törədilən partlayışlardan sonra yaşandığını bildirib.

Çubarov qeyd edib ki, həmin vaxt ruslar Krım tatarlarının evlərində axtarışlar aparıb və 6 nəfəri 13-15 il müddətinə həbs ediblər ki, indi də məhkəmə prosesləri getməkdədir.

Məclisinin sədri həmən vəziyyətin indi də təkrarlandığını bildirib.

...İndi Krımın orta bölgələrində baş verən bu zərbələrdən sonra ruslar yenidən geniş axtarışlar aparır və hətta evlərə belə girməkdən çəkinmirlər. Onlar qarşılarına çıxan hər kəsin telefon və kompüterlərini yoxlayıb, hansısa faktiki material tapmağa çalışırlar.

Çubarov, artıq bir neçə nəfər Krım tatarının polis bölməsinə aparıldığını bildirib.

Xatırladaq ki, keçən ilin avqustunda Krımda, Novofedorovka qəsəbəsi ərazisində silsilə partlayışlar və Saki aerodromunun ərazisində yanğın baş vermişdi. Qeyd edək ki, aerodromdakı partlayışlar nəticəsində ən azı 9 təyyarə məhv edilmişdi.

Və bundan bir həftə sonra, Krımın Cankoy bölgəsindəki hərbi hissənin sursat anbarında da silsilə partlayışlar baş vermişdi. ...Bütün bunlardan təxminən bir il sonra, iyulun 20-də Novofedorovkadakı hərbi aerodrom yaxınlığında yenidən partlayış səsləri eşidilib ki, yenə də bunun açısını, deyəsən, əvvəlki kimi Krım tatarları çəkəcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə