Ukraynada “Leninqrad alayının komandiri, Rusiya ordusunun polkovniki Yevgeni Vaşunin dünyasını dəyişib”.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Sankt-Peterburq Qanunvericilik Məclisinin spikeri Aleksandr Belski bildirib.
Belskinin sözlərinə görə, iyulun 14-də polkovnik qrupu ilə “Ştorm” dəstəsinə doğru irəliləyib. Belə ki, onların hərəkəti döyüşə girən Ukrayna hərbçiləri tərəfindən fərq edilib.
Toqquşma zamanı Vaşuninin əsgər yoldaşları ilə əlaqəsi kəsilib və ağır yaralanıb. Rusların yazdığına görə, o, son dəqiqəyə qədər fədakarlıqla döyüşərək dünyasını dəyişib.
Qeyd edək ki, qarşıdurmanın dəqiq harada baş verdiyi barədə məlumat verilmir.
Belski əlavə etdi ki, Vaşuninin ölümündən sonra Rusiya Qəhrəmanı adına namizəd göstərilib.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB