Yaponiya hökuməti bazar ertəsi iki ballistik raketin buraxılması ilə bağlı Şimali Koreya hakimiyyətinə etiraz edib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Kyodo” agentliyi Yaponiya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, etiraz Yaponiyanın Pekindəki səfirliyi vasitəsilə çatdırılıb.
Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, raketlər 350-400 kilometr məsafədə uçaraq Yapon dənizinə - Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB