Putin qanunu imzaladı

Rusiya prezidenti Vladimir Putin Rusiyada cinsiyyət dəyişikliyi deyilən transgender keçidini qadağan edən qanunu imzalayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, sənəd hüquqi informasiyanın rəsmi portalında dərc olunub.

Sənədə əsasən, Rusiyada transseksual keçidin tərkib hissəsi kimi cərrahiyyə və hormonal terapiya qadağan ediləcək. Onlara yalnız “uşaqlarda cinsi formalaşmanın anadangəlmə fizioloji anomaliyalarının müalicəsi” üçün icazə veriləcək.

Bundan əlavə, Rusiya sənədlərində, hətta keçid xaricdə baş versə belə, gender markerini dəyişdirmək qadağan ediləcək.

Təqsirləndirilən şəxslərə uşaqları övladlığa götürmək, onlara qəyyumluq etmək qadağan ediləcək.

Əgər ər-arvaddan ən azı biri artıq transseksual keçid edibsə, bu halda dövlət nikahları da ləğv edəcək.

Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Qeyd edək ki, 2022-ci ilin dekabrından Rusiyada homoseksuallıq, biseksuallıq və transseksuallıq haqqında müsbət məlumatların yayılması qadağan edilib. Bunun üçün vətəndaşlar üçün 400 min, təşkilatlar üçün isə beş milyon rubla qədər cərimələr nəzərdə tutulur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə