Yakutiyada yanğınların sahəsi 600 min hektarı ötüb. Xilasedicilər 50-yə yaxın meşə ocağını aradan qaldırmağa çalışırlar.
SİA-nın Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin respublika idarəsindən verilən məlumata istinadən yanğının söndürülməsinə 700-ə yaxın insanın cəlb edildiyini bildirir.
Vəziyyəti havadan 17 təyyarə idarə edir, beş Mi-8 helikopteri güclü alovlara bürünmüş ərazilərə su tökür. Onlarla könüllü yanğının yayılmasının qarşısını almaq üçün ərazidə qazıntı işləri aparır.
Lakin güclü külək onu ağacların zirvəsi ilə aparır. Yakutiyanın hər yerində fövqəladə rejimlə yanaşı, xüsusi yanğın rejimi də mövcuddur.
Qonşu Xabarovsk diyarında və Amur vilayətində də təhlükəli vəziyyət hökm sürür.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB