Gömrükçülər kokainlə doldurulmuş pendir aşkar ediblər

Gömrükçülər kokainlə doldurulmuş pendir aşkar ediblər

Bu arada ABŞ-ın gömrük işçiləri Presidio şəhərində nəzarət-buraxılış məntəqəsindən Meksikadan dörd iri baş pendir daşıyan pikap maşını Texas sərhədində saxlayıblar.

Onlar məhsulda nəyinsə səhv olduğundan şübhələnirdilər. Pendirin rentgen müayinəsi zamanı anomaliyalar aşkarlanıb. Diqqətlə yoxlanılan zaman məlum olub ki, içəridə səkkiz kiloqramdan çox kokain gizlədilib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, polis əməkdaşları narkotik vasitəni və avtomobili müsadirə ediblər. Avtomobili idarə edən 22 yaşlı ABŞ vətəndaşı qaçaqmalçılıq cəhdinə görə mühakimə olunacaq.

ABŞ Gömrük və Sərhəd Mühafizəsi Direktorunun dediyinə görə, son zamanlar qaçaqmalçılar bəzən qadağan olunmuş malları müxtəlif əşyaların içərisində gizlətməyə çalışırlar. Təbii ki, gömrük işçilərinin hərtərəfli yoxlaması bu dəfə yükün təyinat yerinə çatmasının qarşısını aldı.

Bundan əvvəl Florida sahillərində köpək balıqlarının narkotik alverçiləri tərəfindən okeana atılan kokain briketlərini yeməyə başlaya biləcəyi bildirilirdi. Hər il qaçaqmalçılıq yolu ilə gətirilən nəhəng kokain daşınmaları Florida sahillərində yuyulur və Florida Keysdəki balıqçılar tez-tez bu sularda yaşayan narkotik aludəçisi, çılğın köpək balıqları haqqında hekayələr danışırlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə