Rusiyanın “Ozon” bazarı bu ilin sonuna kimi 500-dən çox məhkumu işlə təmin edəcək. Söhbət yüngül cəzaçəkmə rejimi olan şəxslərdən gedir.
Pərakəndə satıcılardan biri açıqlamasında bildirib ki, bu işçilər yerinə yetirmə mərkəzlərində işləyəcək, sifarişləri toplayacaq və geri qaytarılan sifarişləri anbarlarda emal edəcəklər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, məhkumların işlə təmin olunması 2022-ci ilin payızında Sankt-Peterburqda başlanmış “Məhkumsuz Ozon” sosial layihəsi çərçivəsində planlaşdırılır.
Hər bir layihə iştirakçısı ödənişli iş, rahat iş şəraiti və iş vaxtından artıq iş saatlarına görə əlavə qazanc əldə etmək imkanı əldə edəcək.
Layihədə Rostov-na-Donu, Kazan və Moskva vilayətindəki logistika obyektlərinin iştirak edəcəyi güman edilir. Eyni zamanda, məhkumların sayı hər bir anbarın işçilərinin ümumi sayının 10 faizindən çox olmayacaq.
Xatırladaq ki, 2022-ci ilin payızında Moskva yaxınlığındakı İstradakı Ozon anbarında kütləvi meningit epidemiyası baş vermişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB