Krımda sursat anbarlarından biri vurulub

Krımda sursat anbarlarından biri vurulub

Rusiyanın ilhaq etdiyi Krıma edilən hücumda 11 pilotsuz uçuş aparatı (PUA) vurulub, bölgədəki sursat anbarlarından biri isə PUA ilə vurulub.

SİA-nın əldə etdiyi məlumata görə, qondarma Krım idarəsinin başçısı Sergey Aksenov sosial media hesabından etdiyi paylaşımda bölgəyə edilən hücumda 11 PUA-nın vurulduğunu bildirib.

Bir PUA-nın isə Canköydəki sursat anbarlarından birinə düşdüyünü qeyd edən Aksenov hücumlarda bir evin də zərər gördüyünü bildirib.

Aksenov bildirib ki, ətraf kəndlərdə yaşayan insanlar başqa yerlərə köçürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə