Somalidә hәrbi bazaya hücum edilib, ölәn vә yaralananlar var

Somalidә hәrbi bazaya hücum edilib, ölәn vә yaralananlar var

Somalinin paytaxtı Moqadişoda hərbi təlim bazasına edilən hücum nəticəsində 25 əsgər həlak olub.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Moqadişonun Hodan rayonundakı Jaalle Siyad Hərbi Akademiyasına səhər saatlarında hücum edilib.

Hücumda 25 əsgər həyatını itirib, daha 60-a yaxın əsgər yaralanıb.

Yaralı əsgərlər Moqadişu Hərbi Tibb Mərkəzi və Rəcəb Tayyib Ərdoğan Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Partlayışla bağlı araşdırma aparılır.

Hücuma görə məsuliyyəti "Əş-Şəbab" terror təşkilatı öz üzərinə götürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə