Polşaya keçən ukraynalıların sayı

Polşaya keçən ukraynalıların sayı

Polşalı rəsmilər son 24 saat ərzində 33,700 ukraynalının Polşa sərhədini keçdiyini bildirib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Polşa Sərhəd Mühafizəsinin açıqlamasına görə, son 24 saat ərzində təxminən 33 700 ukraynalı ölkəyə daxil olub, Ukrayna-Rusiya müharibəsinin başladığı 24 fevral 2022-ci ildən bu yana sərhədi keçən ukraynalıların sayı isə 13,8 milyona çatıb.

Qeyd edək ki, Avropa İttifaqı ölkələrində təxminən 4 milyon Ukrayna vətəndaşı müvəqqəti qoruma statusuna malikdir.

Birləşmiş Millətlər Təşkilatının son məlumatlarına görə, Rusiya-Ukrayna müharibəsində indiyədək 9000-dən çox mülki şəxs həyatını itirib, 15700-dən çox mülki şəxs isə yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə