Dmitri Medvedev Ukrayna pilotsuz təyyarələrinin Rusiyaya hücumunu şərh edərkən cavab zərbəsi kimi Ukraynada qeyri-standart hədəflərin seçilməsini təklif edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, müvafiq yazı iyulun 24-də rusiyalı siyasətçinin rəsmi Telegram kanalında yer alıb.
Rusiyanın eks-prezidenti əmindir ki, Kiyev əks-hücum prosesində uğur qazana bilmədiyi üçün informasiya cəbhəsində qələbələr qazanmağa çalışır.
Dmitri Medvedevin fikrincə, ukraynalı nasistlər, eləcə də “onların cəlb etdiyi əhali” mülki obyektlərə zərbələri onlar üçün məqbul sayır.
Ukrayna qoşunlarının öz çirkin zərbələri üçün getdikcə daha çox dinc, mülki hədəfləri seçdiklərinə diqqət çəkən rusiyalı siyasətçi, bütün rusları buna hazır olmağa çağırır.
Nəhayət, Dmitri Medvedev, Ukrayna Silahlı Qüvvələrinin bu cür zərbələrinə cavab verəcək Rusiyanı öz hücumları üçün artıq qeyri-standart hədəflər seçməli olacaqlarını bildirib.
Sabiq prezidentə görə, rusların bundan sonra Ukraynaya məxsus vuracaqları obyektlər yalnız yanacaq anbarları, enerji və ya neft anbarları olmamalıdır.
Yəni ruslar bundan sonra endirəcəkləri zərbələr üçün qeyri-standart hədəflər seçməlidirlər.
Maraqlıdır ki, Medvedev bu zərbələrin təsirinin çox əhəmiyyətli olacağına əmindir.
Xatırladaq ki, iyulun 24-də səhər saatlarında Moskvada Ukrayna pilotsuz təyyarələri yenidən Moskvanı hədəfə alıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB