Rusiya paytaxt Moskvaya pilotsuz uçuş aparatı (PUA) ilə edilən hücumlarla bağlı hava hücumundan müdafiə tədbirlərinin gücləndirildiyini açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bu gün Moskvaya pilotsuz uçuş aparatı ilə edilən hücumla bağlı jurnalistlərə açıqlama verib.
Sözügedən PUA-ların məhv edildiyini xatırladan Dmitri Peskov deyib:“Hava hücumundan müdafiə ilə əlaqədar tədbirlər görülür''.
Ukraynanın Krıma pilotsuz uçuş aparatı ilə etdiyi hücuma da münasibət bildirən Dmitri Peskov bölgədə təhlükəsizliyin təmin edilməsi üçün hər kəsin diqqətli olduğunu və lazımi tədbirlərin görüldüyünü söyləyib.
Dmitri Peskov Krım körpüsünə hücum təhlükəsinin davam etdiyinə də diqqət çəkib.
Məlumata görə, Rusiyanın paytaxtı Moskva bu gün səhər saatlarında Ukraynaya məxsus İki PUA-nın hücumuna məruz qalmışdı. Hücum nəticəsində ölən və ya yaralananın olmadığı bildirilmişdi.
Rusiya Müdafiə Nazirliyi iyulun 24-də Ukraynanın Krıma 17 PUA hücumunun qarşısının alındığını açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB