Tayvanda sursat anbarında partlayış olub - 9 yaralı var

Tayvanda sursat anbarında partlayış olub - 9 yaralı var

Tayvanın Keelunq şəhərindəki Hsianq Fenq hərbi bazasında yerli vaxtla saat 15.00-da sursat anbarında partlayış baş verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Tayvan Müdafiə Nazirliyindən verilən açıqlamada partlayış nəticəsində 9 nəfərin yaralandığı, onlardan 2-nin vəziyyətinin ağır olduğu bildirilib. Yaralıların müalicə üçün xəstəxanaya aparıldığı bildirilir.

Hadisə ilə bağlı ilkin araşdırmaya görə, texniki qrup anbara baxış keçirərkən 120 millimetrlik minaatan mərmisi partlayıb. Ətraflı araşdırma üçün xüsusi komissiya yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə