2022-ci ildə Türkiyəyə köç edənlərin sayı bir il əvvəlki ilə nisbətən yüzdə 33,2 azalaraq 494 min 52 nəfər olub. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Statistika Təşkilatının açıqladığı məlumatlara görə, miqrant əhalinin 52,9 faizini kişilər, 47,1 faizini isə qadınlar təşkil edib. Xaricdən gələn əhalinin 94 409 nəfəri Türkiyə vətəndaşı, 399 643 nəfəri isə xarici ölkə vətəndaşlarıdır.
Türkiyədən xaricə miqrasiya edənlərin sayı 2022-ci ildə əvvəlki ilə nisbətən yüzdə 62,3 artaraq 466 min 914 nəfər olub. Miqrasiya edən əhalinin 55,7 faizini kişilər, 44,3 faizini isə qadınlar təşkil edib. Türkiyədən xaricə gedən əhalinin 139 min 531 nəfərini Türkiyə vətəndaşı, 327 min 383 nəfərini isə xarici ölkə vətəndaşları təşkil edib.
2022-ci ildə Türkiyəyə gələn xarici ölkə vətəndaşları arasında 25 faizlə Rusiya Federasiyası vətəndaşları birinci yeri tutub. Türkiyədən köçən əcnəbilər arasında yüzdə 20 ilə İraq vətəndaşları birinci yeri tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB