“Tvitter”in yeni loqotipi “X” hərfi ilə əvəzlənə bilər

“Tvitter”in yeni loqotipi “X” hərfi ilə əvəzlənə bilər

Yaxın zamanlarda “Tvitter” in loqotipindəki “mavi quş” qara fondakı “X” hərfi ilə əvəzlənə bilər. SİA xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin sahibi İlon Mask bununla bağlı açıqlamasında yazıb: “Tezliklə biz “Tvitter”in brendi ilə və tədricən bütün quşlarla vidalaşacağıq... Əgər bu gün yetərincə uğurlu “X” loqotipi meydana çıxsa, artıq ertəsi günü bütün dünyada “Tvitter” həmin loqotiplə fəaliyyət göstərəcək”.

Xatırladaq ki, “Tvitter”in əsası 2006-cı ildə qoyulub. Onun rəmzi isə “mavi quş”dur. Çünki “to tweet” – ingilis dilində “civildəmək, cikkildəşmək, çənə döymək” mənalarını verir. Əvvəllər “tvit”lər 140 işarə ilə məhdudlaşırdısa, 2017-ci ilin noyabrından bu limit iki dəfə artırılıb. Audio və video şəklində paylaşmalara isə 140 saniyə limiti qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə