İndoneziyada bərə qəzaya uğrayıb - 15 nəfər ölüb

İndoneziyada bərə qəzaya uğrayıb - 15 nəfər ölüb

İndoneziyanın Sulavesi adasında bərənin qəzaya uğraması nəticəsində azı 15 nəfər ölüb, 19 nəfər itkin düşüb. Bu barədə “Detik” portalı məlumat yayıb. SİA xarici KİV-ə istinadla xəbər verir ki, indiyədək sağ qalan 6 sərnişin tapılıb və onlara tibbi yardım göstərilir. Xilasedicilər itkin düşənlərin axtarışlarını davam etdirirlər.

Sulavesi bölgəsində ölkədaxili daşımaları həyata keçirən bərənin qəzaya uğramasının səbəbi hələlik açıqlanmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə