Yunanıstanın Rodos adasında davam edən meşə yanğınından qaçan turistlər çamadanları ilə çimərliklərdə kömək gözləyirlər. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Rodos adasındakı meşə yanğını 6-cı gününə girərkən bir çox ev və otel boşaldılıb. Adadakı turistlərin bir qismi hava limanına, bir qismi isə çamadanları ilə çimərliklərə axışıb.
Çimərliyə gələn çoxlu turist dəniz yolu ilə evakuasiya olunmağı gözləyir. İndiyədək 19 min adam təhlükəsiz yerlərə köçürülüb. Bu Yunanıstanın həyata keçirdiyi ən böyük təxliyə əməliyyatı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB