95 turist Marmarisə təxliyə edilib

95 turist Marmarisə təxliyə edilib

Rodos adasında 6 gün əvvəl başlayan meşə yanğınları səbəbindən təxliyə edilən 95 turist Türkiyənin Marmaris bölgəsinə gətirilib. SİA “TRT Haber”ə istinadla xəbər verir ki, turistlər gömrük rəsmiləşdirilməsindən sonra ölkələrinə göndərilmək üçün Dalaman Hava Limanına aparılıb.

Marmaris Liman İdarəsində təxliyə ilə bağlı iki bərə hazır vəziyyətdə saxlanılır.

Bütün xəbərlər Facebook səhifəmizdə