Rusiya qüvvələrinin Odessanın mərkəzinə raket zərbəsi endirməsi 25 memarlıq abidəsini zədələyib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, onların arasında Spaso-Preobrajenski Kafedralı da var. Bu barədə Odessa vilayət hərbi administrasiyasının rəhbəri Oleq Kiper məlumat verib. O, bildirib ki, mütəxəssislər raket zərbələri endirilən yerlərdə işlərini davam etdirirlər. Vilayət rəhbərinin sözlərinə görə, zədələnən memarlıq abidələrinin əksəriyyəti XIX-XX əsrlərə aiddir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB