Sol və sağ partiyalar İspaniya parlamentdə eyni sayda yer qazanır

Sol və sağ partiyalar İspaniya parlamentdə eyni sayda yer qazanır

İspaniyada keçirilmiş növbədənkənar ümumi seçkilərlə əlaqədar bülletenlərin 62,3 faizi hesablanıb. Bu nəticəyə əsasən sol və sağ partiyalar İspaniya parlamentində təxminən eyni sayda yer qazanıb. SİA xəbər verir ki, bu barədə krallığın hökuməti məlumat yayıb.

Beləliklə, 350 yerlik Deputatlar Konqresində (parlamentin aşağı palatası) əsas müxalifət qüvvəsi - mühafizəkar Xalq Partiyası 131 yer alır. Ondan sonra Baş nazir Pedro Sançesin İspaniya Sosialist İşçi Partiyası (128 yer) gəlir. İfrat sağçı “Vox” partiyası 33, solçu “Sumar” hərəkatı isə 30 yer alır.

Seçki bülletenlərinin sayılması davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə