Rusiyada neft ixracından gələn gəlirlər azalıb

Rusiyada neft ixracından gələn gəlirlər azalıb

2023-cü ilin iyun ayında Rusiyanın neft gəlirləri 11,8 milyard dollara düşüb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə RBC Beynəlxalq Enerji Agentliyinin xəbərlərinə istinadən bildirib.

Nəşrin məlumatına görə, son il yarım ərzində Rusiyanın gəlirləri 2022-ci ilin martında pik həddə çataraq 22 milyard dollar təşkil edib.

Yeri gəlmişkən qeyd edək ki, neft gəlirlərinin keçən ilin sonunda onların 15 milyard dollardan aşağı düşdüyü, 2023-cü ilin iyununda isə 11,8 milyard dollara düşdüyü vurğulanır.

Xatırladaq ki, bir müddət bundan əvvəl Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki İqor Yuşkov, Rusiya neftinin və neft məhsullarının Avropaya ixracının azalması səbəbindən Avropa İttifaqı ölkələrində yanacağın qiymətinin artması və öz emal həcmlərinin azalması ilə üzləşəcəyini bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə