İran “Şahed-149” döyüş pilotsuz uçuş aparatını təkmilləşdirib

İran “Şahed-149” döyüş pilotsuz uçuş aparatını təkmilləşdirib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Şahed-149 Gaza" pilotsuz uçuş aparatının modernləşdirilmiş versiyasını təqdim edib.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, PUA-nın yenilənmiş versiyası yeni şassi sistemi və silah asma qurğusu ilə təchiz olunub.

"Şahed-149 Gaza"nın ilk versiyası 2021-ci ilin may ayında təqdim edilib.

Bu döyüş dronu 35 saata qədər uçuş həyata keçirə və bir uçuşda 7 min km-ə qədər məsafəni qət edə bilir.

Bütün xəbərlər Facebook səhifəmizdə