spaniyada növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb.
SİA-nın əldə etdiyi məlumata görə, seçki məntəqələri yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə 11:00-da) açılıb və saat 20:00-a qədər (Bakı vaxtı ilə 22:00) işləyib.
İstisna Kanar adalarındakı seçki məntəqələridir ki, burada seçki məntəqələri vaxt fərqinə görə bir saat gec bağlanacaq.
Saat 18:00-a (Bakı vaxtı ilə 20:00) olan məlumata görə, seçici fəallığı təxminən 53 % təşkil edib ki, bu da demək olar ki, 2019-cu il seçkiləri ilə müqayisədə 4 faiz bəndi aşağıdır. Səsvermədə nəticəsində Deputatlar Konqresinin (aşağı palata) 350 üzvü, həmçinin 208 senator seçiləcək. 37 milyondan çox ispan səsvermə hüququna malikdir, onlardan 2 milyona yaxını xaricdə yaşayır.
Ciddi insidentsiz keçən seçkilər günü 90 mindən çox hüquq-mühafizə orqanı asayişi təmin edib. Seçki məntəqələri bağlandıqdan dərhal sonra səslərin ilkin hesablanması başlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB