Papa Patriarx Kirili Moskva hava limanında görüşə dəvət edib

Papa Patriarx Kirili Moskva hava limanında görüşə dəvət edib

Xəbər verildiyi kimi, Roma Papası Fransisk Monqolustana səfəri zamanı Moskva və Bütün Rusiyanın Patriarxı Kirili görüşə dəvət edib.

Qeyd edək ki, SİA bu barədə TASS Ümumdünya Köhnə Möminlər İttifaqının sədri Leonid Sevastyanova istinadən məlumat yayıb.

“...Papa bunu təxirə salmamaq üçün Monqolustana uçan zaman Patriarx Kirilllə Moskvanın hava limanlarından birində, Domodedovo və ya Vnukovoda görüşməyi təklif edir”.

Sevastyanov pontifiklə şəxsi söhbətinə istinadən onun təyyarəsinin Moskvadakı hava limanlarından birində yanacaqla təmin ediləcəyini də bildirib.

Ümumdünya Köhnə Möminlər İttifaqının sədri, Patriarx Kirill ilə Roma Papası arasında ilk görüşün də 2016-cı ildə Havana hava limanında baş tutduğunu xatırladıb.

Onun sözlərinə görə, hava limanı neytral zona hesab olunur, ona görə də pontifik və Rus Pravoslav Kilsəsinin primatının görüşü Roma Papasının Rusiyaya səfərinin əleyhdarlarının etirazına səbəb olmayacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə