“Ukraynanın əks-hücum əməliyyatı ilkin mərhələdədir və gərgin gedir”

“Ukraynanın əks-hücum əməliyyatı ilkin mərhələdədir və gərgin gedir”

ABŞ-ın dövlət katibi Entoni Blinken Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun ağır davam etdiyini etiraf edib.

“Hazırda əks-hücum nisbətən erkən mərhələdədir. Bu ağırdır”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, dövlət katibi bunu CNN-ə müsahibəsində bildirib.

Qeyd edək ki, Blinken, Rusiya silahlı qüvvələrinin etibarlı müdafiə təşkil etdiyini də etiraf edib.

İyulun 7-də ABŞ Müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Koul bildirib ki, Ukrayna Silahlı Qüvvələri ABŞ-da gözləniləndən də daha yavaş sürətlə irəliləyir. Amerikalı hərbçinin dediyinə görə, buna baxmayaraq, nəticələr barədə mühakimə yürütmək hələ tezdir.

İyulun əvvəlində media Ukrayna qoşunlarının irəliləyişinin kilometrlərlə deyil, metrlərlə ölçüldüyü üçün Qərb ölkələrinin əsəbi olduğunu yazmışdı. Əks-hücumun yavaş tempi o deməkdir ki, münaqişə uzanarsa, Qərb dəstəyi azala bilər.

Rusların dediyinə görə, bunu CNN qeyd edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə