Şahzadə Harri və Meqan Marklın ayrılması ilə bağlı şayiələr sosial şəbəkə və mətbuatda getdikcə daha çox yayılmaqdadır. Cütlüyün hətta ayrılmaq qərarına gəldiyi də bildirilir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə hətta bir sıra Britaniya mətbuatı da xəbər yayıb.
Qeyd edək ki, Sasseks ailəsinə yaxın mənbələr boşanmaya səbəb kimi, pulu göstərirlər.
Həqiqətən də “Spotify” firmasının xidməti ilə müqavilənin ləğvindən sonra Şahzadə Harri və Marklın maliyyə problemi artıb. Eyni zamanda, cütlük dəbdəbəli malikanədə yaşayır və şəxsi mühafizəyə külli miqdarda pul xərcləyirlər.
Təbii ki, cütlük dəbdəbəli malikanədə yaşayır və şəxsi mühafizəyə külli miqdarda pul xərcləyirlər deyə, maliyyə problemləri də böyüyüb.
Kral ailəsinə yaxın mənbə Harrinin atası və qardaşı ilə yazışmağa başladığını bildirib. Şahzadənin Bukingem sarayına qayıtmaq barədə düşündüyü də deyilir. O, hətta həyat yoldaşını birlikdə Londona qayıtmağa dəvət edib.
Lakin Marklinin belə bir fikirdən məmnun olmadığı deyilir.
Bu arada Marklınin artıq boşanmaq üçün məhkəməyə müraciət etdiyi barədə də şayiələr var. O, uşaqların birlikdə qəyyumluğunu və Şahzadə Harridən 80 milyon dollar tələb edir.
Maraqlıdır ki, cütlük bu məlumatı təkzib edib.
Qeyd edək ki, Harri yaxın günlərdə yeni bir sənədli film çəkmək üçün Afrikaya gedəcək.
Əri ilə başqa qitəyə getməyə hazırlaşmayan Meqan isə Kaliforniyada uşaqlarla qalmağı seçib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB