Deməli, bazar günü, iyulun 23-də belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşdə Rusiya prezidenti Vladimir Putin Ukraynadakı xarici muzdluların xeyli itkilər verdiyini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri TASS yayıb.
“...Xarici muzdlulara gəlincə, onlar da xeyli itki verirlər”.
Hə, qeyd edək ki, bunu Vladimir Putin bildirib. Belarus prezidenti Lukaşenko isə hərb işində elə də naşı olmadığını nümayiş etdirməyə çalışaraq Putinə cavab olaraq, bu yüksək itkiləri muzdluların yararsız taktikası ilə bağlayıb.
Lakin Putin burada başını tərpədərək başqa bir səbəb- “muzdluların axmaqlığını” göstərib.
Rusiya prezidenti vurğulayıb ki, hökumətləri Ukraynadakı döyüş bölgəsinə adam göndərən ölkələrin əhalisi orada baş verənlərdən xəbərdar olmalıdır. Dedi ki, bunu xalqa çatdıracağam ki, onlar öz hökmdarlarının əməllərinə qiymət versinlər.
Xatırladaq ki, bundan əvvəl Rusiya Federasiyasının Müdafiə Nazirliyi, iyulun 6-da Lvova yüksək dəqiqlikli silahlarla qrup zərbəsi endirilməsinin nəticəsi olaraq çoxlu sayda polşalı və alman muzdlularının məhv edildiyini bildirmişdi.
Qeyd edək ki, söhbət Ukrayna quru qoşunlarının Lvovdakı akademiyasına vurulan zərbədən gedir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB