Əmr əl-Hamamı Türkiyəyə səfir təyin edildi

Əmr əl-Hamamı Türkiyəyə səfir təyin edildi

Misir prezidenti Əbdülfəttah əs-Sisi Əmr əl-Hamamini ölkəsinin Ankaradakı səfirliyinə təyin edib.

SİA-nın əldə etdiyi məlumata görə, təyinatla bağlı sərəncam prezident Sisinin imzası ilə rəsmi qəzetdə dərc olunub.

İki ölkə arasında diplomatik münasibətlər səfirlik səviyyəsinə qaldırılana qədər Hamami Ankarada müvəqqəti işlər vəkili vəzifəsində işləyirdi.

Xatırladaq ki, prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə "Resmi "Gazete"də dərc olunan qərarla Salih Mutlu Şen Türkiyeənin Qahirə səfiri təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə