Belə davam edərsə, Xarkov və Odessa da rusların nəzarətinə keçə bilər
Ukrayna Silahlı Qüvvələri döyüş meydanında Rusiyaya qarşı yeni taktika tətbiq etməyə başlayıb ki, bu da nəinki qələbəyə kömək etməyəcək, əksinə, həm də Odessa kimi böyük şəhərlərin süqutuna gətirib çıxaracaq.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu ABŞ-ın istefada olan polkovniki Daniel Davisin gəldiyi qənaətdir.
Qeyd edək ki, Davis, ukraynalıların Rusiyanın müdafiə mövqelərinə soxulmaq üçün kiçik piyada dəstələrindən istifadəni düzgün taktika saymır.
...Rusiya səmaya nəzarət etdiyinə və xeyli sayda pilotsuz təyyarələrə malik olduğu üçün Ukrayna əsgərləri hər dəfə açıq yerə çıxanda dərhal artilleriya və ya minaatan atəşinə məruz qalırlar. Bundan əlavə, hər hansı zirehli texnika açıq ərazilərdə hərəkət edərsə, onlar da o dəqiqə məhv edilir.
Amerikalı ekspert bildirir bunu. Onun fikrincə, Ukrayna ordusunun uğuru üçün infrastruktur və insan resursları lazımdır, lakin Ukrayna Silahlı Qüvvələrində bunlar yoxdur(?).
Ona görə də Rusiya ilə danışıqlara başlamaq Ukraynanın qalan ərazilərini və azadlığını qorumaq üçün ən yaxşı həll yolu olaraq qalır.
Əks halda, Rusiya artıq bu ilin yayında və ya payızında hücuma keçə bilər və o zaman hətta Xarkov və Odessa da rusların nəzarətinə keçə bilər.
Bu da ekspertin fikridir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB